AZ

Hər cür dəniz məhsulları bir arada: Bakıda BALIQ YARMARKASI

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Bakıda balıq yarmarkası keçirilir.

Oxu.Az Photostock.az-a istinadla xəbər verir ki, Dərnəgüldə "EuroHome" tikinti materialları bazarında yerləşən "Keşlə bazarı"nda 3 gün davam edəcək yarmarkada satışa çıxarılan dəniz məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunur.

Yarmarka çərçivəsində dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsullarının satışı həyata keçirilir. Ziyarətçilərə geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservləşdirilmiş məhsullar və digər dəniz məhsulları təqdim olunur.

Daha çox foto burada: PhotoStock.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
oxu.az

1Mənbələr