AZ

“Epştein işi” Trampın siyasi gələcəyini şübhə altına alır – Zərərçəkənlər birləşir

Vaşinqtondakı Respublikaçı liderlər Konqresdə 1 ay davam edən məzuniyyət zamanı Jeffrey Epstein qalmaqalının səngiyəcəyinə ümid edirdilərsə, bu həftəki hay-küy hələlik bu ümidləri puç etdi.

Musavat.com xəbər verir ki, ötən həftə ABŞ Ədliyyə Nazirliyi uşaqların cinsi istismarı ilə bağlı “Epştein işi” ilə bağlı 33 min səhifədən çox sənədi açıqlayıb. Sonradan bəlli olub ki, bu sənədlərin böyük hissəsi əvvəllər artıq açıqlanıb.

Respublikaçı Tomas Massey və Kaliforniyadan Demokrat Roe Hanna Nümayəndələr Palatasını “Epştein işi” ilə bağlı bütün hökumət məlumatlarının məxfiliyin ləğvi ilə bağlı səsverməyə çağırıblar.

Epştein qurbanları və onların ailələri Kapitol binası qarşısında mətbuat konfransı keçirərək, təşəbbüsü dəstəkləyib və işdə tam şəffaflığa çağırıblar.

Bu hadisələr ictimaiyyətin diqqətini artıraraq, məsələni daha geniş müzakirə meydanına çıxarıb. Bir çoxları zərərçəkmişlərin keçirdiyi mətbuat konfransının “Epştein işi”ndə yeni, mühüm dönüş nöqtəsi olacağı ehtimal edir.

Vaşinqtonda müzakirələr əsasən müştəri siyahıları və varlı və nüfuzlu şəxslərin mümkün iştirakı ilə bağlı olsa da, uşaq ikən Epştein cinayətlərinin qurbanı olmuş insanlar diqqət mərkəzindən kənarda qalıb. Onlar da  Konqres qarşısına gələrək səssiz qalmayacaqlarını vəd ediblər. ABŞ prezidenti Donald Tramp aylardır ki, “Epştein işi” ilə bağlı tənqidləri siyasi rəqibləri tərəfindən təşkil edilmiş “saxta hücumlar” kimi rədd etməyə çalışır.

Bu üsul keçmişdə işləsə də, bu dəfə o qədər də yaxşı işləmir. Əgər qalan bütün sənədlərin dərc olunarsa, bu  Tramp və ya digər nüfuzlu siyasi xadimlər haqqında siyasi cəhətdən zərərli məlumatlar ehtiva edə, vəziyyət kəskin şəkildə dəyişə bilər.

“Wall Street Journal” may ayında yazmışdı ki, baş prokuror Trampa onun adının “Epştein işi” təhqiqatı ilə bağlı sənədlərdə hallandığını deyib. Ağ Ev bu faktı təkzib edib.

Tramp 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Epştein ilə dost olub, lakin onun adının çəkilməsi onun cinayətdə əli olması demək deyil. Müstəntiqlər də ona heç vaxt iş üzrə ittiham irəli sürməyiblər.

“Epştein işi” üzrə zərərçəkənlər geri çəkilmək fikrində deyillər. Onlar iş üzrə nüfuzlu müştərilərin siyahısı açıqlanmasa belə, həmin siyahını yaratmağa çalışacaqlarını bildiriblər. Onlar Epşteynlə yaxından əlaqəsi olan və onun hərəkətləri ilə əlaqəli insanların adlarını toplamağa söz veriblər.

Nümayəndələr Palatasının Respublikaçı nümayəndəsi, adətən Trampın sadiq tərəfdarı olan Corciya Taylor Qrin "mən ad çəkməkdən qorxmuram" deyib. Əgər mənə siyahı versələr, Konqres zalına girib bu qadınları zorlayan hər lənətlənmiş adamın adını səsləndirəyəcəyəm”.

Respublikaçılar Konqresə gələn il keçiriləcək aralıq seçkiləri ərəfəsində ciddi mübarizəyə hazırlaşarkən, xalq dəstəyinin kiçik bir azalması belə seçkinin nəticələrinə təsir edə bilər.

“Bilirsiniz, bu mənə Kennedi hadisəsini xatırladır. Biz onlara sənədləri dönə-dönə, təkrar-təkrar verdik, amma heç kim qane olmadı”, deyə Tramp baş verənlərə münasibət bildirib.

Maraqlıdır ki, Trampın özü də keçmiş prezident Barak Obamanın doğulduğu yerlə bağlı ən müxtəlif  nəzəriyyələri incələyən ən fəal şəxslərdən biri olub. Ağ Evin Obamanın ABŞ-da doğulduğunu təsdiqləyən qısa və uzun sertifikatlar dərc etməsinə baxmayaraq, skeptiklər, o cümlədən Trampın özü heç vaxt açıqlanan sənədlərlə razı olmayıb.

10 illik karyerası ərzində Trampın nümayiş etdirdiyi ən böyük bacarıqlardan biri özünə qarşı istənilən münaqişə və böhrandan sağ çıxmaq bacarığıdır.

Jeffrey Epştein 2019-ci ilin avqustunda saxlanıldığı New York həbsxanasındakı kamerada ölü tapılıb. Seks trafikinqdə ittiham olunan Jeffrey Epştein məhkəməsinin başlamasını gözləyirdi və deyildiyi kimi, xüsusi nəzarət altında olduğu bir müddətdə ölü tapılıb. İddia edildiyinə görə, Epştein intihar cəhdindən sonra öz kamerasında huşsuz vəziyyətdə aşkar edilib. Bundan sonra New York meri Bill de Blasio bu hadisəylə bağlı qeyd edib ki, Epsteindən onun digər əlbirləri barədə artıq heç bir məlumat öyrənmək mümkün olmayacaq. Epştein 18 yaşına çatmamış qızlara 2002-2005-ci illərdə seks üçün pul ödəməkdə ittiham olunub. 2019-cu ilin iyununda həbsə alınıb və 1 ay sonra, avqust ayında kamerada meyiti aşkar olunub.

Epştein 2008-ci ildə də eyni ittihamlarla həbs olunmuşdu. O zaman gizli və ziddiyyətli sövdələşməyə görə daha yüngül ittihamlar əsasında günahkar bilinsə də, azad edilmişdi.

2008-ci ilin işi Epşteinin ölümündən sonra ətraflı araşdırılmış, həmin məsələdə oynadığı rola görə ABŞ-ın o dövrdəki əmək naziri Alex Acosta vəzifəsindən istefa vermişdi.

Sonuncu dəfə prokurorlar Epşteini məhkəmə prosesində şahidlik edə biləcək iki potensial şahidi susdurmaq üçün onlara böyük miqdarda pul ödəməkdə ittiham etmişdilər.

İrəli sürülmüş ittihamlara görə Epştein-ə 45 illik həbs cəzası kəsilə bilərdi. New York-da doğulan Epştein maliyyə sahəsində çalışamağa başladıqdan əvvəl müəllim kim işləyib. Ona qarşı cinayət işi açıldıqdan əvvəl o, öz sərvəti və yüksək rütbəli şəxslərlə əlaqə qurduğuna görə tanınırdı. O, tez-tez varlı və qüdrətli adamlarla oturub-durub, belələrinin arasında Donald Trump, keçmiş prezident Bill Klinton və Britaniya şahzadəsi Andre olublar.

2002-ci ildə “New York Magazine” jurnalındakı məqalədə Donald Trump Jeffrey Epstein-i "əla adam" kimi səciyyələndirib. Jeffrey Epstein-in oturub-durduğu adamlar arasında bir vaxtlar Donald Trump da olub.

Lakin sonradan Trump bildirib ki, artıq 12-15 ildir ki, onunla yolları ayrılıb və baş verənlərdən sonra təkrar edib ki, Epsteinə rəğbət bəsləyənlərdən deyil. Epsteinin sərvəti barədə xəbərlər müxtəlifdir. Məhkəmə sənədlərinə görə onun Manhattanda, Palm Beachdə, New Mexico və Parisdə evləri, Vircin adalardan biri, ən azı 15 bahalı maşını və özəl təyyarəsi olub.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
22
28
musavat.com

10Mənbələr