AZ

Peyman Sadıqovla Nigar Fərhad bu verilişin aparıcısı oldu (FOTO)

Azərbaycan mediasında tanınmış simalardan biri olan jurnalist Peyman Sadıqov televiziya tamaşaçıları ilə yeni formatda görüşməyə başlayıb.

MilliYol.az xəbər verir ki, o, "Kanal S" televiziyasında həftəiçi hər gün canlı yayımlanan “Sözün Bitdiyi An” verilişinin aparıcısı kimi fəaliyyət göstərir. Proqramı o, ölkənin sevilən televiziya simalarından biri Nigar Fərhadla birgə təqdim edir.

“Sözün Bitdiyi An” verilişi gündəmin ən mühüm hadisələrini, ictimai-sosial problemləri və cəmiyyətin diqqət mərkəzində olan məsələləri müzakirəyə çıxarır. Proqramın əsas məqsədi hadisələrə obyektiv yanaşmaq, müxtəlif mövqeləri işıqlandırmaq və tamaşaçılara geniş fikir palitrası təqdim etməkdir.

Verilişdə ölkənin tanınmış ziyalıları, ekspertləri, ictimai xadimləri və müxtəlif sahələr üzrə mütəxəssislər iştirak edərək mövzulara öz baxış bucaqlarını əlavə edirlər. Canlı efir formatı isə həm interaktivliyi artırır, həm də tamaşaçılara birbaşa sual vermək imkanı yaradır. Layihənin uğurunda aparıcıların rolu xüsusi qeyd olunmalıdır.

Peyman Sadıqov peşəkar jurnalist fəaliyyəti, dəqiq analitik yanaşmaları və kəskin sualları ilə tanınır. Onun televiziyaya gətirdiyi jurnalist baxış bucağı verilişə fərqli məzmun qatır. Nigar Fərhad isə illərdir televiziya efirlərində sevilən aparıcı kimi tanınır. Onun auditoriya ilə isti ünsiyyəti, səlis təqdimatı və publika ilə təbii əlaqəsi proqramın dinamikliyini artırır. Hər iki aparıcının peşəkarlığı və bir-birini tamamlayan üslubu “Sözün Bitdiyi An”ı sadəcə bir veriliş deyil, həm də əsl müzakirə meydanına çevirir.

Fotolar

Seçilən
21
10
milliyol.az

10Mənbələr