AZ

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

Azərbaycan 2026-cı ildə PIRLS tədqiqatında iştirak edəcək. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu beynəlxalq qiymətləndirmə tədqiqatı IV sinif şagirdlərinin oxu savadlılığını müxtəlif aspektlərdən araşdıraraq faydalı məlumatlar təqdim edəcək.

PIRLS-in verəcəyi töhfələr aşağıdakı kimidir:

– Oxu savadlılığının səviyyələr üzrə müəyyənləşdirilməsiŞagirdlərin oxuduqlarını anlayıb-anlamadıqları səviyyələr üzrə ölçüləcək və güclü–zəif tərəflər müəyyən olunacaq.

– Mətn növləri üzrə bacarıqların təhliliŞagirdlərin bədii və informativ mətnlərdə hansı istiqamətdə daha yaxşı nəticə göstərdikləri müəyyən olunacaq.

– Kompüter əsaslı qiymətləndirməyə keçidPIRLS-də ilk dəfə olaraq Azərbaycan şagirdləri ənənəvi kağız formatında deyil, kompüterdə oxu və tapşırıqları yerinə yetirmə bacarıqları üzrə qiymətləndiriləcək.

– ePIRLS – onlayn oxu bacarıqlarının ölçülməsiŞagirdlər veb-səhifə formatlı tapşırıqları da cavablandıracaqlar və onların rəqəmsal mühitdə oxu bacarıqları qiymətləndiriləcək.

– Süni intellektlə yoxlamanın tətbiqiAçıq tipli suallar üzrə cavabların süni intellekt vasitəsilə də yoxlanılması sınaqdan keçiriləcək. Bu, süni intellektlə cavabların yoxlanılmasının effektivliyinə dair ölkələrə yeni təcrübə qazandıracaq.

 

 

 

 

 

Seçilən
23
tehsil.biz

1Mənbələr