AZ

Xroniki xəstəliklə bağlı irəliləyiş dayanıb

ain.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ÜST AÇIQLAYIB

İnkişaf etmiş Qərb ölkələri arasında Avropada xroniki xəstəlik reytinqində aşağı sıralara enir. Xərçəng, ürək və nevroloji xəstəliklər kimi xroniki problemlərdən ölüm halları dünyanın əksər ölkələrində azalıb, lakin yeni qlobal təhlilə görə, son illərdə irəliləyiş yavaşlayıb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), London İmperial Kolleci və digər təşkilatların tədqiqatçıları 185 ölkə və ərazidə xroniki xəstəliklərdən ölüm riskini qiymətləndiriblər.Onlar 2010-cu illərdə xroniki xəstəliklərdən ölümlərin ölkələrin təqribən 80 faizində azaldığını, lakin irəliləyişlərin on il əvvəlkindən, xüsusən də Avropa, Şimali Amerika, Asiya və Sakit Okean hövzəsinin inkişaf etmiş ölkələrində xeyli yavaş olduğunu müəyyən edib. Tədqiqatçılar Danimarkanı Qərbdə xroniki xəstəliklərdən ölüm üçün “regional meyar” adlandırıb. Mərkəzi və Şərqi Avropa ölkələrində göstəricilər 2010-cu illərdə yaxşılaşıb və Moldovada xroniki xəstəlik riskində ən böyük azalma müşahidə edilib. Tədqiqatçılar bildiriblər ki, Rusiyada və regionun bəzi digər ölkələrində spirtli içkilərə nəzarət siyasəti xəstəliklərin azalamasında böyük rol oynayıb. Tədqiqat “The Lancet” tibb jurnalında bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında xroniki xəstəliklərlə bağlı iclasdan əvvəl dərc edilib.

Saglamolun.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
saglamolun.az

1Mənbələr