AZ

Azərbaycanlı futbolçunun “Barselona“ karyerası uzun çəkmədi

Azərbaycanlı qolkiper Eldar Tağızadə "Barselona"dan ayrılıb.

XəzərNews.az Sportal.az-a istinadən xəbər verir ki, 22 yaşlı qolkiper İspaniya klubundan ayrılıb.

Onun karyerasına hansı komandada davam edəcəyi hələ ki dəqiq deyil.

Tağızadə "Barselona"nın B komandasında məşqlərə başlamışdı, amma sonradan bu klubdan ayrılmaq qərarına gəlib.

Tağızadə hazırda klubsuzdur. "Neftçi"nin yetirməsi olan Eldar "Klermon" U-19, "Luqo", "Tudelano" klublarında çıxış edib.

Xəbər 4 dəfə oxunub.
Seçilən
18
10
xezernews.az

10Mənbələr