"Suyun satışı istiqamətində qiymətlər differensiallaşdırılmalıdır".
Operativ Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib.
O bildirib ki, Bakıya daxil olan suyun az miqdarı içməyə sərf olunur. Böyük hissəsi sadəcə istifadə edilir.