AZ

Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər SAXLANILDI

Bakının Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, iki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Seçilən
13
28
moderator.az

10Mənbələr