AZ

III Türk Dövlətləri Universiadasının qalibi: Azərbaycan - FOTO

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən III Türk Dövlətləri Universiadasında Azərbaycan ümumi nəticələrə görə ölkələr arasında birinci olub.

İdman.biz xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin iştirakı ilə təşkil olunan yarışlarda sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal olmaqla ümumilikdə 6 idman növündə 500-ə yaxın idmançı mübarizə aparıb.

Ölkəmiz 5 idman növündə təmsil olunaraq fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb. Komanda nəticələrinə görə isə yunan-Roma güləşində birinci yer, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci yer, cüdo və şahmatda isə üçüncü yer əldə olunub.

Azərbaycan medal sayı və komanda nəticələrinin ümumi göstəricisinə əsasən birinci yeri tutaraq Universiadanın qalibi olub.

İdman.biz

Seçilən
11
12
idman.biz

10Mənbələr