AZ

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlandı – Yenilənib

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Hurriyyet.az “Report”a istinadla xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

***08:52 

Sentyabrın 12-də saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişini hadisə yerində vəfat ediblər.

“Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada həlak olanların dördü də polis əməkdaşı olub. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir”, - agentliyin məlumatında deyilir.

Seçilən
35
11
hurriyyet.az

10Mənbələr