AZ

Britaniya şahzadəsi Kiyevə gedib

Britaniya şahzadəsi Harri Ukrayna hökumətinin dəvəti ilə sentyabrın 12-də səhər elan olunmamış səfərlə Kiyevə gedib.

Herbiand.az Britaniya mənbələrinə istinadən xəbər verir ki, o müharibə zamanı yaralanan əsgərlərin reabilitasiyasına kömək etmək niyyətindədir.

Şahzadənin sözlərinə görə, onu aprel ayında Lvovda olarkən tanış olduğu Superhumans reabilitasiya mərkəzinin rəhbəri Olqa Rudneva Kiyevə dəvət edib.

"Təxminən iki ay əvvəl mən təsadüfən ABŞ-da Rudneva ilə görüşdüm və necə kömək edə biləcəyimi soruşdum. O, məni Kiyevə gəlməyə dəvət etdi".

Superhumans tibb mərkəzi 2023-cü ilin yazında Lvov vilayətində açılıb. Müəssisə protezləşdirmə, rekonstruktiv cərrahiyyə, travma sonrası stressin müalicəsi və müharibədən zərər çəkmiş Ukrayna hərbçilərinin və mülki şəxslərin reabilitasiyası üzrə ixtisaslaşmışdır. Layihə özəl ianələr və beynəlxalq yardımlar hesabına maliyyələşdirilir.

Seçilən
21
herbiand.az

1Mənbələr