AZ

Solovyova sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ulyanovsk vilayəti üzrə İdarəsi telejurnalist Vladimir Solovyova sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

Bakıvaxtı.az-ın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV FTX-ya istinadən məlumat yayıb.

Bildirilib ki, Ulyanovsk vilayətinin Dimitrovqrad şəhərinin 1989-cu il təvəllüdlü sakini 2024-cü ilin aprelindən 2025-ci ilin iyununa qədər Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Vladimir Rudolfiç Solovyova qarşı sui-qəsdin hazırlanmasında iştirak etməyi planlaşdırıb.

Saxlanılan şəxsi 20 ilə qədər həbs gözləyir.

Seçilən
21
11
bakivaxti.az

10Mənbələr