Kreml seçkilərdə iştirak edən xüsusi hərbi əməliyyatın veteranlarına uğurlar arzulayıb.
Herbiand.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərini “Mayak” radiostansiyası Telegram-da yayıb.
Sentyabrın 12-dən 14-dək Rusiyada vahid səsvermə günü keçirilir. Bura Federasiyanın 21 subyektinə rəhbərlər, qanunvericilik məclislərinin deputatları və yerli özünüidarəetmə orqanlarına seçkilər daxildir.
Peskovun sözlərinə görə, Kreml xüsusi hərbi əməliyyatın veteranlarının ölkənin siyasi həyatında iştirak etmək istəyini “yalnız müsbət” qiymətləndirir: “Onların təcrübəsi, mənəvi keyfiyyətləri, ruhu hakimiyyətin bütün qollarında maksimum tələbata ehtiyac olacaq”.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə xüsusi hərbi əməliyyatın 1616 veteranı iştirak edir.
Bəxtiyar CƏFƏRLİ