AZ

“Zelenski Qərbin pulu ilə Ukrayna vətəndaşlarını öldürür” - Zaxarova

“Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin pulu ilə öz vətəndaşlarını öldürür”. 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Mənim hər bir Ukrayna vətəndaşına sualım var. Əsas olanı başa düşə bilmirsinizmi? Zelenski sizi sadəcə olaraq Qərbin pulu ilə öldürür", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, cəbhədə döyüşçü çatışmazlığı səbəbindən Kiyev təcili səfərbərlik təşkil edir. 

Zaxarova qeyd edib ki, bunun üçün təxminən 12 milyon dollar ayrılıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr