AZ

Aİ Rusiya əleyhinə 19-cu sanksiya paketini tamamlayır

Aİ Rusiya əleyhinə 19-cu sanksiya paketini tamamlayır.

Avropa İttifaqı Rusiya ilə bağlı 19-cu sanksiya paketini yekunlaşdırır; məhdudiyyətlər Rusiya nefti tədarükü və bank sektorunu əhatə edəcək. Bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas məlumat verib.

Kallas X platformasında yazıb ki, “biz Rusiya əleyhinə sanksiyaları yenilədik və eyni zamanda 19-cu paket üzərində işləyirik, əlavə tədbirlər neft tədarükləri, kölgə tanker floti və banklara da şamil olunacaq”.

EUObserver portalının məlumatına görə, yeni paket 12 sentyabrda təqdim edilə bilər, lakin Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, sanksiyalar 15 sentyabrda açıqlanacaq.

Seçilən
28
interpress.az

1Mənbələr