Türk aktrisa Qonca Vuslateri qətlə yetirilən 8 yaşlı Narin Güranın məzarını ziyarət edib.
OLAY yazır ki, aktrisa Narinin məzarı başında göz yaşlarına boğulub.
“Narin öldürüləndə qızım Asya yeni doğulmuşdu. Öz körpəmə süd verərkən Narin üçün çox ağladım. Bu gün onun ailəsi də orada idi. Dua etdik, baş sağlığı dilədik. Həyat yoldaşım da qız atası olaraq göz yaşlarını saxlaya bilmədi. Ölkənin yaddaşından çıxmayaq bir hadisə idi” – deyə sənətçi qeyd edib.