AZ

Metroda differensial qiymət artımı ola bilər - RƏSMİ

Bakı Metropoliteni” tariflərin artırılması və azaldılması kimi səlahiyyətə sahib deyil. Bizim səlahiyyətlər çərçivəsində olmadığına görə bu mövzu müzakirə edilmir.

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

O qeyd edib ki, metroda ümumi gedişhaqqı artmasa da, gələcəkdə differensial qiymət artımı mümkündür:

"Differensial qiymət artımı isə ola bilər. Bu, gündəmdə olan məsələdir. Lakin bunun üçün müvafiq tamamlama və infrastruktur işlərinin yekunlaşması və ödənişlərin tətbiqi, başqa məsələlər var. Bunlar gələcəkdə nəzərdə tutula bilər. Lakin bu gün bu barədə yekun qərar yoxdur", - "baku.ws" onun sözlərindən sitat gətirib.

Emil Əhmədov bildirib ki, Bakı metropolitenində gediş haqqının ödəniş üsullarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

O qeyd edib ki, gediş haqqının ödənilməsində biometrik (üztanıma) sistemin metro nəqliyyatında tətbiqi gələcəkdə mümkün hesab olunur:

“Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənməsinin və dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur. Hazırda Bakı metropolitenində plastik kartlar və QR bilet sistemi ilə ödənişlər aparılır. Bununla yanaşı, ödəniş sistemində də rəqəmsal həllərin genişləndirilməsi günün zəruri tələbinə çevrilib. Təmassız ödəniş üsullarının tətbiqi məqsədilə aidiyyəti qurumlarla intensiv işlər davam etdirilir. Hədəf bank kartları, “Google Pay” və “Apple Pay” kimi ödəmə imkanlarının yaradılmasıdır. Mövcud ödəniş üsullarına yenilərinin əlavə edilməsi metropoliten sərnişinlərinə daha geniş imkanlar yaratmaqla bu sahədə onların rahatlığına və məmnunluğuna müsbət təsir göstərəcək”.

Seçilən
16
20
modern.az

10Mənbələr