AZ

Türkiyə parlamentinin spikeri yeni Konstitusiyanın qəbul edilməsinə çağırıb

Ankara, 12 sentyabr, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş hərbi çevrilişdə iştirak edənlərin təzyiqi ilə 1982-ci ildə qəbul edilən hazırkı Əsas Qanunu əvəz edəcək ölkə Konstitusiyasının yeni variantının qəbul edilməsinə çağırıb.

AZƏRTAC xəbər verir ki, o, Türkiyənin yeni “mülki” Konstitusiyaya təcili ehtiyacı olduğunu vurğulayıb.

N.Kurtulmuşun 1980-ci il 12 sentyabr hərbi çevrilişinin 45-ci ildönümü ilə bağlı sosial şəbəkələrdə yerləşdirdiyi paylaşımda deyilir: “Biz hərbi çevrilişlərin dərslərini unutmayacağıq və onların təkrarlanmasına imkan verməyəcəyik”.

Parlamentin sədri 1980-ci ilin sentyabr hadisələrini “Türkiyədə demokratiyaya, hüquqa və ictimai barışığa böyük xəyanət” adlandırıb.

O, Türkiyə hakimiyyətinin birliyinə və demokratik təsisatları gücləndirmək səylərinə də diqqət çəkib. “Türkiyə tarixinin qara səhifəsi bir daha təkrarlanmayacaq”, -deyə TBMM sədri əmin edib.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
10
3
azertag.az

4Mənbələr