Bakı, 12 sentyabr, AZƏRTAC
İtaliya millisi və "İnter"in sabiq futbolçusu Roberto Qaqlyardini A Seriyasında çıxış edən "Verona"ya keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Roberto Qaqlyardini son olaraq “Montsa”da çıxış edib