AZ

Bakıda “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” adlı sərgi açılıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd:2011–2024-cü illər dövrü” adlı sərgi açılıb.

Trend xəbərverir ki, Əməkdar rəssam Faiq Əhmədin yaradıcılığını əks etdirənsərgidə yer alan unikal xalçaların əksəriyyəti ilk dəfə ölkəmizdənümayiş olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru Əminə Məlikova sərgininəhəmiyyətindən danışıb. O qeyd edib ki, ənənəvi Azərbaycanxalçaçılığına innovativ yanaşması ilə tanınan müasir rəssam FaiqƏhməd bu qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiyailə harmonik şəkildə birləşdirib. “Təqdim edilən əsərlər bundanəvvəl ABŞ-ın Havay, Kaliforniya ştatlarının, Nyu-Orlean şəhərinin,Niderland, İsveç və digər ölkələrin nüfuzlu muzeylərində nümayişetdirilib. Bu sərgidə, həmçinin “Sosial anatomiya” (2016) və “Sənbir sirsən” (2024) adlı videoçarxlar da yer alıb. Almaniyada işıqüzü görmüş “Faig Ahmed” adlı yeni kitabın təqdimatı dareallaşacaq”, - deyə Ə.Məlikova əlavə edib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov rəssamınyaradıcılığını yüksək qiymətləndirib. Bu sərgini uzun müddətdirgözlədiyini diqqətə çatdıran C.Səlimxanov deyib: “Faiq Əhmədqeyri-adi düşüncəyə və yaradıcılığa sahib sənətkardır. O, daimdünya trendlərini izləyir və öz üzərində işləyir. Onun 13 illikfəaliyyətinin bəhrəsini burada görürük. Bu əsərlər müasir incəsənətanlayışımıza töhfə verir. Dünyada Azərbaycanın mədəni brendinəçevrilən sənətkarın işlərində həm kompüter texnologiyası, həm dəinsan əməyinin harmoniyasını görürük. Müəllifin əsərləri indiyədəkHeydər Əliyev Mərkəzi (Bakı), De Young İncəsənət Muzeyi(San-Fransisko), Birminhem İncəsənət Muzeyi (Alabama), Çikaqoİncəsənət İnstitutu, Los-Anceles İncəsənət Muzeyi və digər mötəbərmədəniyyət müəssisələrinin kolleksiyalarına daxil edilib”.

Əməkdar rəssam Faiq Əhməd isə yaradıcı komandasının əməyinixüsusi vurğulayaraq təşəkkürünü bildirib.

Daha sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi dekabrın 30-dək davam edəcək.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
25
8
az.trend.az

10Mənbələr