AZ

Dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarının həcmi məlum olub

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə 2025-ci ilin yanvar-avqust aylarındadaşınmış yüklərin həcmi 6,170 milyon ton təşkil edib.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəriciəvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz çoxdur.

Məlumata görə, yüklərin 48,2 faizini neft yükləri təşkiledib.

Bildirilib ki, dəniz limanları tərəfindən 8,857 milyon tonhəcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7,083milyon tonunu və ya 80 faizini tranzit yüklər təşkil edib.

Qeyd edilib ki, 2025-ci il sentyabr ayının 1-i vəziyyətinəlimanlarda qalan yüklərin həcmi 400,2 min ton olub. Dövr ərzində bunəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2024-cü ilin müvafiqdövrünə nisbətən 8 faiz azalaraq 17,2 min nəfər olub.

Seçilən
53
4
az.trend.az

5Mənbələr