AZ

Göyçayda şəhid dəfn olunub - (Yenilənib)

Göyçayda

Göyçay şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyevlə vida mərasimi keçirilib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Zərbəliyev 1969-cu il yanvarın 30-da anadan olub. 1993-cü il martın 29-da Kəlbəcər rayonunun Çərəkdar kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Şəhidin nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

***

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Əsgəralı oğlu Zərbəliyev dəfn olunub.

Reyting.az
xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Göyçay şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!
Seçilən
6
9
reyting.az

10Mənbələr