AZ

Tusk: PUA hücumunun arxasında Ukrayna dayanır iddiaları dezinformasiyadır

PUA hücumunun arxasında Ukrayna dayanır iddiaları dezinformasiyadır.

İnterpress.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk bildirib. O deyib ki, ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarının məsuliyyəti Rusiya Federasiyasının üzərindədir.

Milli Təhlükəsizlik Şurasının prezident Navrotskinin rəhbərliyi ilə keçirilən iclasında Tusk vurğulayıb ki, Ukraynanın hücuma bağlılığı ilə bağlı yayılan məlumatlar manipulyasiya və dezinformasiyadır.

Şura sədri Slavomir Tsenkeviç də qeyd edib ki, iclasda bu məsələ ilə bağlı bir sıra yalan iddialar rəsmən təkzib olunub.

Onun sözlərinə görə, əsas məqam aydındır: PUA-lar Rusiyaya məxsus olub və Polşanın hava məkanını məhz Moskva pozub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
10
interpress.az

1Mənbələr