AZ

Eşqi Bağırov: Hazırlığa getmədən yüksək nəticə əldə edən şagirdlərimiz olacaq

BAKI, 12 sentyabr. TELEQRAF

“14 ümumtəhsil müəssisəsində tam orta təhsil səviyyəsi üzrə təmayül sinifləri açılıb. Bu siniflərin məqsədi şagirdlərin ali təhsilə keyfiyyətli şəkildə hazırlanmasını təmin etməkdir”.

Teleqraf xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, şagirdlər müəllim yanına getmədən, öz məktəblərində istədikləriqruplar və istiqamətlər üzrə təhsil ala biləcəklər.

“Düşünürük ki, bu ilin sonunda həmin məktəblərin nəticələrini açıqlaya biləcəyik”, - direktor qeyd edib.

Seçilən
76
2
teleqraf.com

3Mənbələr