AZ

"Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların fəaliyyəti hər zaman dövlətin diqqət mərkəzində olub" - DEPUTAT

"Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların fəaliyyəti hər zaman dövlətin diqqət mərkəzində olub" - DEPUTAT"Ölkədə təhlükəsizliyin təmin olunmasında və ictimai-siyasi asayişin qorunmasında Daxili İşlər Nazirliyi, ümumilikdə hüquq-mühafizə orqanları böyük rol oynayır. Xüsusilə də, Daxili Qoşunların fəaliyyəti ölkədə daxili sabitliyin qorunması və ictimai-siyasi fəaliyyətin təmin olunması baxımından dövlətçilik üçün olduqca vacib və əhəmiyyətlidir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb.

O, açıqlamasında qeyd edib ki, ümumilikdə hüquq-mühafizə orqanlarının, daha konkret desək, Daxili Qoşunların fəaliyyətinin yüksək səviyyədə qurulmasına və səmərəli işləməsinə mütləq şəkildə töhfə verəcək:
"Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların fəaliyyəti hər zaman dövlətin diqqət mərkəzində olub. Bu gün də dövlətimiz həmin qurumlara xüsusi diqqət və qayğı göstərir. Qanuna edilməsi planlaşdırılan son dəyişikliklərin əsas məqsədi Daxili Qoşunların fəaliyyətinin ən yüksək səviyyədə təşkil olunması və eyni zamanda təsirli idarəçiliyin təmin edilməsidir.

Hesab edirəm ki, bu dəyişikliklər çox önəmlidir. Ümumilikdə hüquq-mühafizə orqanlarının, daha konkret desək, Daxili Qoşunların fəaliyyətinin yüksək səviyyədə qurulmasına və səmərəli işləməsinə mütləq şəkildə töhfə verəcək. Belə bir addım bir çox baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Növbəti mərhələdə, qanun qəbul edildikdən sonra, bu strukturun fəaliyyətinin daha səmərəli və təsirli şəkildə həyata keçirilməsinin, idarəçiliyin isə daha yüksək səviyyədə təşkil olunmasının şahidi olacağıq. Bu baxımdan dəyişikliklər yüksək qiymətləndirilməlidir və dövlətimizin bu istiqamətdə verdiyi qərarlar qeyd etdiyimiz məqsəd və hədəflərə xidmət edən mühüm sənəd kimi qəbul edilməlidir".

Vüsalə İbrahimli

Seçilən
62
sonxeber.az

1Mənbələr