AZ

“Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır” - Serdar Kılıç

“Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır”.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsi zamanı Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə nümayəndəsi Serdar Kılıç deyib. 

Onun sözlərinə görə, Ermənistan tərəfi sərhədi açmağa hazır olduğu barədə bəyanat verib.

"Təbii ki, hamı üçün nəyin faydalı olduğuna pozitiv yanaşılır. Bəzi layihələrin həyata keçirilməsi üçün sadəcə müəyyən texniki məsələləri həll etmək lazımdır”, - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Kılıç bu gün Ermənistana səfər edib və burada Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan ilə görüş keçirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
47
missiya.az

1Mənbələr