Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqində nail olacağıq".
Oxu.Az xəbər verir ki, bunu bu gün "2025-26-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
"Bizim şagird davranış qaydaları var. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən, şagirdlər tədris vaxtı telefondan istifadə edə bilməzlər", - deyə o əlavə edib.
Rövşən Əsədov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.