Meksika millisinin qapıçısı Gilyermo Oçoanın yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı çərçivə qoruyucusu AEL-ə qoşulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Oçoa karyerası ərzində "Malaqa", "Qranada", "Standart Liej", "Amerika" və "Salernitana" kimi komandalarda çıxış edib.

Təcrübəli qolkiper Meksika millisinin heyətində indiyədək 152 matçda iştirak edib.