AZ

Bu ölkələrin ətlərində XƏSTƏLİK aşkar edildi - MƏHDUDİYYƏT QOYULDU

Azərbaycan 15 xəstəlik üzrə dünyanın 85 ölkəsindən ölkəyə qida məhsullarının idxalına məhdudiyyət qoyub.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.

Onun sözlərinə görə, ötən həftə ərzində dünya üzrə blutanq, dabaq, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub:

"Monqolustanın Dornod vilayətində dabaq xəstəliyi, Sloveniyanın Cənub-Şərqi Sloveniya, Mərkəzi Sloveniya, Aşağı Posavska, Zasavska regionlarında, Bolqarıstanın Sofiya, Qabrovo vilayətlərində blutanq xəstəliyi, Yunanıstanın Epir və Qərbi Makedoniya inzibati ərazi vahidində, Liviyanın Tripoli dairəsində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Portuqaliyanın Santarem dairəsində, İspaniyanın Andalusiya muxtar icmasında, Norveçin Nurlann bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb".

Seçilən
23
11
far.az

10Mənbələr