AZ

Emin Əmrullayev: "Azərbaycanda təhsil sistemi qeyri-kafidən kafiyə doğru irəliləyib"

"Azərbaycanda təhsil sisteminin səviyyəsi qeyri-kafidən kafiyə doğru irəliləyib".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu sentyabrın 12-si "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, qarşıdakı illərdə isə prioritet məsələ kafidən yaxşıya doğru inkişaf etməkdir:

"Mümkün deyil ki, biz yaxşıdan sonrakı mərhələdə tətbiq olunan alətləri bu günün təhsil sisteminə tətbiq edək. Çünki sistemin özü o mərhələdə deyil. Bizi qarşıda uzun və çətin yol gözləyir. Çalışmalıyıq ki, həm təhsil sistemini, həm də təhsilin keyfiyyətini qaldıraq".

Seçilən
0
3
far.az

4Mənbələr