AZ

Almaniya şirkəti su təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır (Özəl)

Bakı. Trend:

Almaniyanın “Luke Jesko” şirkəti su təmizlənməsi sahəsindəAzərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Bunu Trend-ə “LukeJesko” alman şirkətinin satış meneceri Səid Kazimi 2-ci BeynəlxalqSu Təsərrüfatı Sərgisi və Konfransının (Baku Water Week, Bakı SuHəftəsi) ikinci günü çərçivəsində deyib.

O qeyd edib ki, sərgi bələdiyyə xidmətləri və mühəndislikşirkətlərinin nümayəndələri ilə təcrübə mübadiləsinin aparılması vətexnologiyaların nümayiş olunması üçün unikal imkan yaradır.

Təqdim olunan məhsullar arasında həm iri su təchizatısistemlərində, həm də uzaq bölgələrdə istifadə olunanelektroxlorlama və xüsusi kimyəvi maddələrin dozalanması sistemlərivar.

Kazimi qeyd edib ki, “Luke Jesko” yalnız satış sahəsində deyil,həm də konsaltinq və layihələndirmə sahəsində Azərbaycanda fəalişləyir. “Biz texnologiyalarımızdan istifadə etmək və yerlimütəxəssislərlə təcrübə mübadiləsi aparmaq istəyirik ki, uğurlugələcəyi təmin edə bilək . Bu, inkişaf edən bir bazardır və birgəiş bütün iştirakçılara fayda gətirəcək”,- deyə o bildirib.

Şirkət Avropa tərəfdaşları ilə əməkdaşlığın davamını gözləyir vəAzərbaycanda bilik və texnologiyaların mübadiləsi üçün perspektivlibir platforma görür.

Məqalədə:
Seçilən
17
1
az.trend.az

2Mənbələr