AZ

Pakistan Avrasiya İqtisadi İttifaqına üzv olacaq? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Pakistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması ehtimalı çox aşağıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli Pakistanın Rusiyanın dominantlıq etdiyi Avropa İqtisadi İttifaqına (Aİİ) üzv olmaq istəyi barədə səslənən iddianın nədən qaynaqlandığını şərh edərkən deyib.

"Əslində, Pakistanın Avrasiya İqtisadi İtifaqına üzv olması o qədər də inandırıcı deyil. Pakistan Aİİ-yə yalnız assosiativ üzv ola bilər. Ondan başqa digər bir neçə ölkənin də Aİİ-yə assosiativ üzvlüyü məsələsi müzakirə olunur", deyə partiya sədri bildirib. 

Ekspertin fikrincə, nüvə dövləti olan Pakistanın Aİİ-yə üzv olması inandırıcı görünmür:

"Orada prosedurlar fərqlidir. Bu qurumda Rusiyanın birbaşa dominantlığı var. Pakistan isə bu dominantlığı qəbul edəcək bir ölkə deyil. Üzv olmaq o demək olacaq ki, Pakistan məhsulları Qazaxıstandan Rusiyaya və əks istiqamətdə hansısa bir gömrük resumu ödəmədən, hətta yoxlanılmadan keçib gedə bilər".

Bu səbəbdən həmsöhbətimiz düşünür ki, İslamabad Aİİ-yə hansısa məhsulların daha rahat satılmasını təmin etmək üçün öz maraqları çərçivəsində yalnız qurumda müşahidəçi qismində çıxış edə bilər: 

"Pakistanın Aİİ-yə üzv olması futbolda olduğu kimi "sağı göstərib, solla vurmaq" kimi bir şeydir. Yəni hansısa bir formada quruma yaxınlaşmağa can atır, amma son anda üzvlük yox, hansısa başqa üstünlüklər qazanmağa çalışır".

Qeyd edək ki, keçmiş Qarabağ münaqişəsinə görə Ermənistanın dövlət müstəqilliyini tanımayan Pakistan artıq İrəvanla diplomatik münasibətlər qurub. Bildirildiyinə görə, İslamabadın bu addımı atmasının arxasında Avrasiya İqtisadi İtifaqına üzv olmaq üçün İrəvanı razı salmaq istəyi dayanır. Elə buna görə də Pakistan Ermənistanla xarici işlər nazirləri səviyyəsində 2025-ci il avqustun 31-də Pekində diplomatik münasibətlərin qurulmasına dair kommünike imzalayıb. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
qaynarinfo.az

1Mənbələr