"Bizim əsas problemimiz ibtidai təhsildədir".
Apa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, biz o problemləri həll etsək, daha yaxşı təhsil əldə olunacaq. Biz həmçinin bilirik ki, dərsliklərdə, Azərbaycan tarixi fənnində müəyyən problemlər var".