AZ

AZCON dan “Teleradio” nin Azercell ə verilməsinə reaksiya

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

AZCON Holdinq Gununsesi.info-nun “Dövlətin strateji obyekti Azercell-ə verilir” başlıqlı xəbərinə dair sorğusuna reaksiya verib.

Redaksiyamızın elektron poçtuna göndərilən açıqlamada deyilir:

“Sorğunuza cavab olaraq bildiririk ki, sözügedən mövzu ilə bağlı rəsmi məlumat mövcud deyildir. Dəyişiklik olduğu halda geniş ictimaiyyətə müvafiq məlumat təqdim ediləcəkdir”.

Qeyd edək ki, bununla bağlı yaydığımız məlumatda “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyinin (Teleradio)  “Azərsell” mobil operatorunun idarəçiliyinə veriləcəyindən bəhs olunub.

BUNA DA BAX:

Dövlətin strateji obyekti Azercell-ə verilir

Bu barədə xəbərlə yanaşı, həmçinin onu da xüsusi vurğulamışıq ki, dövlətin strateji obyektinin Azercell kimi kommersiya şirkətinə verilməsi nə dərəcədə məntiqlidir?

Çünki, bu qərar milli informasiya təhlükəsizliyi baxımından  risklər  yarada bilər.

Xatırladaq ki, “Teleradio” İB 1956-cı ildən televiziya və radio yayımı sahəsində ölkənin strateji dövlət qurumu kimi fəaliyyət göstərir.

Afət Abbasova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr