AZ

Azərbaycanda 9 aylıq fasilədən sonra 2 illik dövlət istiqrazları hərraca çıxır

Sentyabrın 16-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçirir.

Banker.az bunu Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2024-cü ilin dekabrından bu tərəfə 2 illik dövlət istiqrazları ilk dəfə BFB-də həəracda olacaq.

Hərrac aşağıdakı parametrlərlə təşkil olunacaq:

▫️ İSİN kodunun verilmə tarixi: 2025-ci il 04 sentyabr ▫️ Qiymətli kağızın İSİN kodu: AZ0201120026 ▫️ İstiqrazın növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları ▫️ Qiymətli kağızın nominal dəyəri: 100,00 (bir yüz) manat ▫️ Qiymətli kağızın miqdarı: 200.000 (iki yüz min) ədəd ▫️ Məcmu nominal dəyəri: 20.000.000,0 (iyirmi milyon) manat ▫️ Kupon dərəcəsi: 7,0% ▫️ Tədavül müddəti: 720 gün ▫️ Kupon ödənişləri: 2026-cı il 16 mart, 2026-cı il 16 sentyabr, 2027-ci il 16 mart, 2027-ci il 16 sentyabr ▫️ Əsas məbləğin ödəniş tarixi: 2027-ci il 16 sentyabr

Seçilən
20
banker.az

1Mənbələr