Hollivud aktrisası Ancelina Coli anasından danışarkən göz yaşlarına boğulub.
OLAY yazır ki,aktrisa yeni filminin nümayişindən sonra keçirilən söhbət zamanı 2007-ci ildə xərçəng xəstəliyindən rəhmətə gedən anasını xatırlayaraq duyğusal anlar yaşayıb.
Aktrisa anasının ona yazdığı məktubları yada salaraq göz yaşlarını saxlaya bilməyib. “O rollarıma məktublar yazardı – Sevgili Gia, Sevgili Lisa Rowe, Sevgili Lara Croft… 16 ildir ki,o məktubları almıram. Bu mövsüm də mənə həmişə anamı xatırladır”.
Anasının vəfatından sonra aktrisa xərçəng riskinə qarşı mastektomiya və uşaqlığın çıxarılması əməliyyatı keçirib. Bu addım tibbdə “Ancelina Coli” effekti kimi tanınaraq minlərlə qadının genetic test etdirməsinə ilham verib.



