Dövlət Təhlükəsizlik Xidməti ölkənin keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni saxlayıb. “Georgia Online” xəbər verir ki, bu barədə agentlikdə keçirilən brifinqdə məlumat verilib.
"Keçmiş müdafiə naziri Cuanşer Burçuladze vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda gəlir əldə etməklə bağlı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) ittihamı ilə məhkəmənin qərarı əsasında saxlanılıb", - Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti brifinqdə bildirib.
Almaz Həsənli