AZ

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilənəql olunan tranzit neftinin həcmi 18,356 milyon ton təşkiledib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 1,034 milyon ton və ya 5,3% azdır.

Belə ki, 2024-cü ilin ilk səkkiz ayında BTC ilə 19,4 milyon tonneft nəql edilmişdi.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,3 faizini vəya 15,469 milyon tonunu Azərbaycanda hasil edilən neft, 15,7%-ni vəya 2,887 milyon tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olanneft təşkil edib.

Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı iləcəmi yük daşımalarının həcmi 24,566 milyon ton olub. Bu isə bir iləvvəlki göstəriciyə nisbətən 1,241 milyon ton və yaxud 4,8% azalmademəkdir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu1768 km təşkil edir, 443 km Azərbaycan ərazisindən, 249 kmGürcüstan ərazisindən, 1076 km isə Türkiyə ərazisindən keçir. Borukəmərinin inşası 2003-cü ilin aprel ayında başladılıb, 2005-ci ilmayın 18-də boru kəmərinə neft yüklənib.

2002-ci ilin avqust ayında layihənin icrası üçün təsis edilmişBTC Co. şirkətində pay bölgüsü aşağıdakı kimidir: bp (30,1 faiz),AzBTC (25 faiz), MOL (8,9 faiz), Equinor (8,71 faiz), ТРАО (6,53faiz), Eni (5 faiz), Total (5 faiz), Itochu (3,4 faiz), Inpex (2,5faiz), ExxonMobil (2,5 faiz) və ONGC (2,36 faiz).

Seçilən
8
1
az.trend.az

4Mənbələr