Əlcəzair millisinin sabiq futbolçusu İslam Slimaninin yeni klubu məlum olub.
QOL.az xəbər verir ki, 37 yaşlı hücumçu ÇFR-ə keçib. Bu barədə Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb. Slimani ilə sözləşmənin müddəti 2026-cı ilin iyununa kimidir.
Qeyd edək ki, son olaraq Belçikada “Vesterlo”da oynayan İslam Slimani “Fənərbaxça”, “Monako”, “Lester”də də çıxış edib.