AZ

Dəmir yolu ilə yük daşımaları 10,1 faiz azalıb

BAKI, 12 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 11,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz azdır.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, dəmir yolu ilə daşınan sərnişinlərin sayı isə 6 milyon 212,9 min nəfər təşkil edib. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz artım deməkdir.

Seçilən
72
teleqraf.com

1Mənbələr