Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Braziliya Ali Məhkəməsi ölkənin keçmiş prezidenti, 70 yaşlı Jair Bolsonaronu dövlət çevrilişinə cəhd ittihamı ilə 27 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Bununla da o, Braziliya tarixində demokratiyaya qarşı cinayətlərə görə məhkum edilən ilk sabiq prezident kimi yadda qaldı.
“AzPolitika” “Reuters” agentliyinə istinadla xəbər verir ki, Bolsonaro silahlı dəstəyə qoşulmaqda, dövlət çevrilişi hazırlamaqda, demokratiyanı zor gücü ilə devirməyə cəhddə, həmçinin dövlət əmlakına və mədəni irs obyektlərinə ziyan vurmaqda ittiham olunub.
Keçmiş prezident ittihamları rədd edir. Vəkilləri hökmün apellyasiya qaydasında şikayət ediləcəyini bildiriblər.
ABŞ Dövlət katibi Marko Rubio məhkəmənin qərarını “ədalətsiz” adlandıraraq Vaşinqtonun bu məsələyə münasibət bildirəcəyini açıqlayıb.
Xatırladaq ki, Bolsonaro 2022-ci il seçkilərində məğlub olaraq hakimiyyəti Luiz Inasio Lula da Silvaya təhvil vermişdi. Onun tərəfdarları seçkinin saxtalaşdırıldığını iddia edərək 2023-cü ilin yanvarında kütləvi iğtişaşlar törətmiş, Konqres, Ali Məhkəmə və prezident iqamətgahına hücum etmişdilər. Polis iğtişaşları yatırmış və ən azı 1843 nəfəri saxlamışdı.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.