Almaniya rusiyalılar üçün vizaların sərtləşdirilməsini tələb edir.
İnterpress.az xəbər verir ki, bu barədə “Deutsche Presse-Agentur” məlumat yayıb.
Almaniya hökuməti Rusiya vətəndaşlarına Şengen zonası ölkələrinə vizaların verilməsinə daha sərt məhdudiyyətlər qoyulmasını istəyir.
DPA-nın məlumatına görə, Berlin Avropa Komissiyasından 2022-ci il tövsiyələrinin tam icrasını tələb edir ki, turist vizalarının sayı minimuma endirilsin.
Statistikaya əsasən, 2024-cü ildə rusiyalılara 542 min qısamüddətli viza verilib ki, bu da 2023-cü illə müqayisədə 20% çoxdur.
Bu dinamika Şərqi Avropada narazılıq doğurur. Orada hesab edirlər ki, Ukraynada müharibə gedərkən imkanlı rusiyalıların Aİ-də istirahət etməsi yolverilməzdir.
Berlin məsələni Aİ tərəfdaşları ilə vahid xətt üzrə müzakirəyə çıxarmağa çalışır.
Xuraman Etibarlı
İnterpress.az