Bakı, 12 sentyabr, AZƏRTAC
“Şəki” basketbol komandası heyətinə yeni oyunçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi Taylan Roceym Kroufordun keçidini rəsmiləşdirib.
ABŞ-dan olan basketbolçu son olaraq İrlandiya çempionatında çıxış edib.