AZ

Əhalinin içki və tütün məmulatlarına çəkdiyi xərc cüzi artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılara1,738 milyard manat dəyərində içkilər və tütün məmulatlarısatılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1%çoxdur.

İçkilər və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekundaxüsusi çəkisi 4,3% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən, 22,2milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndəticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları,içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə6,7% artıb.

Məqalədə:
Seçilən
47
2
az.trend.az

4Mənbələr