AZ

Qırğızıstanda dövlət qulluğuna qəbulla bağlı qaydalar sərtləşdirildi

BAKI, 12 sentyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov “Dövlət və bələdiyyə qulluğunun kadr ehtiyatının formalaşdırılması və fəaliyyəti haqqında” fərmana dəyişiklik edib.

Teleqraf xəbər verir ki, dəyişikliklər dövlət və bələdiyyə qulluğu sahəsində korrupsiyanın qarşısının alınmasına, antikorrupsiya mexanizmlərinin tətbiqinə yönəlib.

Sərəncama əsasən, müsabiqədə iştirak etmək üçün ərizələr yalnız elektron formatda qəbul olunacaq. Namizədlər şəxsi məlumatların emalına razılıqlarını təsdiq və qanunla müəyyən edilmiş antikorrupsiya məhdudiyyətlərini qəbul etməlidirlər.

Yeni normaya seçim komissiyaları tərəfindən müsahibələrin məcburi audio və video çəkilişi də daxildir. Səsyazmalar üç il müddətində saxlanılacaq və namizədlər yazılı müraciət əsasında onun surətini əldə edə və ya qeydin öz hissəsinə baxa biləcəklər.

Bundan başqa, inzibati vəzifələrə təyin olunma qaydaları da dəqiqləşdirilib.

Seçilən
54
teleqraf.com

1Mənbələr