AZ

Nazir: Şagirdlər oxuduqlarını anlamaqda çətinlik çəkirlər

2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev dərsliklərlə bağlı problemlərə diqqət çəkib.

Operativ Media-nın xəbərinə görə, nazir bildirib ki, Azərbaycan tarixi dərslərində istifadə olunan mətnlər uşaqların nitqinə uyğun deyil və cümlələr həddindən artıq uzun qurulub.

O, həmçinin vurğulayıb ki, Azərbaycan dili dərslərində çoxlu sayda qaydalar olsa da, əsas çatışmazlıq oxuyub-anlama bacarığının olmamasıdır. Nəticədə şagirdlər oxuduqlarını anlamaqda çətinlik çəkirlər.

Seçilən
49
operativmedia.az

1Mənbələr