AZ

Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Nadirin oğlunun toyuna getməmişəmsə, demək ki, daha önəmli işim olub".

AZXEBER.COM xəbər verir ki, bunu müğənni Ayan Babakişiyeva "Günə uğurla" verilişində deyib.

O, bildirib ki, toya gedə bilməməsində keçərli səbəbləri olub:

"Nadir düz deyir, məni dəvət edib. Amma bu dəfə gedə bilməmişəmsə demək ki, daha önəmli və keçərli səbəbim olub. Həmin günü mənim qızımın ilk dərs günü idi və başqa da önəmli işlərim var idi. Heç vaxt borclu qalmağı sevmirəm, ilk oğlunun toyuna getmişəm. O yenə də mənim dostumdur. Mənim problemim olub ki, gedə bilməmişəm. İnsanlarda mənə qarşı qıcıq yaratmaq lazım deyil. O toyda o qədər sənətkarlar olub, mən getməsəm nə olacaq ki? Bunu böyüdüb problemə çevirmək lazım deyil. Biz sənət dostuyuq. Deyirlər guya Nadirin xanımı icazə verməyib məni toya çağırmağa. Bu nə söhbətdir? Heç kim özünü çöldə qoymayıb ki, belə söhbətlər danışılsın. Bəsdirin!"

Aysel

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
2
azxeber.com

3Mənbələr