AZ

Minimum maaşı 400 AZN olan ölkədə ağır cərimələr: güzəşt niyə azdır? Zülfüqar Xeyirxəbər yazır

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Zülfüqar Xeyirxəbər

***

Qaydalara əməl etmək hər kəsin borcudur. Qaydanı pozmuşuqsa, ödəməliyik. Amma Bakıda yollarda hərəkətin təşkilində ciddi problemlər olduğuna görə bəzən ya qaydanı pozmağa məcbur olursan, ya da səni buna vadar edirlər. Bununla mən qayda pozuntusuna haqq qazandırmıram. Lakin minimum əmək haqqı 400 AZN olan bir ölkədə cərimələrin bu qədər yüksək olması ədalətsizlikdir.

Məsələn, mənə bu qayda pozuntusuna görə 100 AZN cərimə yazılıb. Bu, minimum əmək haqqının 1/4-i deməkdir və minimum əmək haqqı ilə dolanan ailənin təxminən bir həftəlik xərcliyinə bərabərdir. Həddən artıq yüksəkdir. Ona görə də cərimələr artırılanda, güzəşt faizi də artırılmalı idi və buna hələ də zərurət var.

Məsələn, əhalinin gəliri yüksək olan BƏƏ-də 60 gün ərzində ödənilən cəriməyə 35% güzəşt olunur.

Səudiyyə Ərəbistanı – 50%

İspaniya – 50%

Rusiya – 50%

Ukrayna – 50%

Qazaxıstan – 50%

Ermənistan – 30%

Azərbaycan – cəmi 10%

və s.

Göründüyü kimi, əhalinin gəlirləri bizdən dəfələrlə yüksək olan ölkələrdə belə, vətəndaşların cəriməni vaxtında ödəməsi üçün 30–50% güzəşt tətbiq edilir. Azərbaycanda isə güzəştin 10% ilə məhdudlaşdırılması, xüsusilə də gəlirlərin aşağı olduğu şəraitdə, cərimələrin ödənilməsini çətinləşdirir.

Odur ki, parlamentdə bu məsələ müzakirəyə çıxarılmalı, vətəndaşların sosial vəziyyəti nəzərə alınaraq güzəşt mexanizmi təkmilləşdirilməlidir. Doğrudur, ölkəmizdə qaydaların tətbiqi çox vaxt millət vəkillərinə aid edilmir, amma onların arasında xalqın səsini və haqqını qoruyan deputatlar da var. Ümid edirəm ki, məhz onlar bu məsələyə diqqət ayıracaq və cəmiyyətin maraqlarını müdafiə edəcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
mia.az

1Mənbələr