AZ

Şahzadə Harri Ukraynaya gözlənilməz səfər edib

London, 12 sentyabr, AZƏRTAC

Şahzadə Harri Ukrayna hökumətinin dəvəti ilə gözlənilməz şəkildə Kiyevə səfər edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Sasseks hersoqu Rusiya ilə müharibədə yaralanan hərbi qulluqçuların sağalmasına kömək etmək üçün əlindən gələni edəcəyini deyib. Onun Kiyevə İnviktus Oyunları Fondunun komandası ilə birgə gəldiyi və yaralıların reabilitasiyası üçün yeni planları açıqlayacağı gözlənilir. Təhlükəsizlik səbəbindən Şahzadənin dəqiq proqramı açıqlanmayıb.

Harri ilk dəfə bu ilin aprelində Lvovdakı “Superhumans” travma mərkəzinin təsisçisinin dəvəti ilə Ukraynada olub və burada reabilitasiya olunan müharibə qurbanları ilə görüşüb.

Xatırladaq ki, Harri 2014-cü ildə yaralı veteranların idman yarışlarında iştirak etməsi üçün İnviktus Oyunlarını təsis edib. Ukrayna idmançıları isə 2022-ci ildə, Rusiyanın hücumundan bir neçə ay sonra Prezident Volodimir Zelenskinin xüsusi icazəsi ilə yarışlara qatılmışdı. Açılış mərasimində Harri dünyanın Ukrayna ilə həmrəy olduğunu vurğulamışdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Seçilən
28
2
azertag.az

3Mənbələr