
Britaniya şahzadəsi Harri gözlənilməz səfərlə Kiyevə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, o, Ukraynanın Baş naziri Yuliya Svırıdenko ilə görüşəcək.
Səfər zamanı Şahzadə Harri və onun təsis etdiyi “Invictus Games” Fondunun komandası Ukrayna Silahlı Qüvvələrinin yaralı hərbçilərinin reabilitasiyasına dəstək təşəbbüslərini müzakirə etməyi planlaşdırır.